"Nəsimi rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı müraciətlərimizi təqdim etsək də..." - GİLEY
- 14-08-2019, 10:10
- 895
Bu cür xoşagəlməz problemlərin həlli məqsədilə, bugünə kimi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Nəsimi rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı müraciətlərimizi təqdim etsək də, hər dəfə ünvanladığımız müraciətlərimizə başdansovdu cavablar veriblər. Bu da Bakı şəhərinin mərkəzi ərazilərindən birində yaşayan biz sakinlərin Konstitusiya ilə qorunan hüquqlarımızın tapdaqlar altına atılması deməkdir”.
Biz müstəqil bir media qurumu olaraq qeyd olunan ünvanda yaşayan sakinlərin üz-üzə qaldıqları problemlərin aktuallığını dərk edib, ərazidə müəyyən çəkilişlər həyata keçirdik. Yəni, o halın şahidi olduq ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev-39 (əvvəlki 29) və Vidadi küçəsi, ev-189 (eyni bina) ünvanda yaşayan sakinlər, bu gün də olmazın problemlərlə üz-üzə qalıblar. Amma, onu da unutmaq olmaz ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə görə, ərazidə yaşayan sakinlərə məxsus yaşayış evlərinin ümumi istifadəsində olan hissəsinin təhlükəsiz olmasında, təmizlik işlərinin həyata keçirilməsində və digər addımların atılmasında, yerli icra hakimiyyəti orqanlarının üzrərinə böyük məsuliyyət düşür. Mövcud qanunvericilik belə bir halın varlığını tələb etsə də, nədənsə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və digər dövlət qurumlarının rəhbər şəxsləri, bu gün də problemlərin varlığına biganə yanaşmaqdadırlar. Məsələnin təəccüb doğuran və hər kəsi düşündürən tərəfi ondan ibarətdir ki, Bakı şəhərinin aparıcı rayonlarından birinə rəhbərlik edən Asif Əsgərov, hal-hazırda rayon sakinlərinə məxsus problemləri həll etmək əvəzinə, öz düşüncələrinə uyğun idarəçiliyini həyata keçirməkdədir. Məsələn, əldə etdiyimiz bəzi məlumatlara görə, adı çəkilən vəzifə sahibi Nəsimi rayonu ərazisində əmələ gələn problemlərin KİV nümayəndələri tərəfindən ictimailəşdirilməsinin qarşısını almaq üçün, zamanında qabaqlayıcı tədbirlərini görür. Bu yöndə atılan addımların varlığına baxmayaraq, müstəqil media qurumu olan Nyus.Az saytı hər zaman olduğu kimi, bu gün də sadə sakinlərə məxsus problemlərin həllinə nail olmaq üçün, lazımi addımlarımızı atmağa qərar verdik. Düşünürük ki, məqalənin dərcindən sonra Nəsimi RİH-nin rəhbər şəxsləri qeyd olunan ünvana baş çəkib, sakinlərə məxsus problemlərin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar.
Bu gün qeyd olunan ünvanda yaşayan sakinlərin redaksiyamıza göndərdikləri video-çəkilişlərdən də aydın olur ki, 9 avqust günü səhər saatlarında yağan aramsız yağış suları sakinlərə olmazın problemlər əmələ gətirib. Bir anlığa həmin video-çəkilişə diqqət yetirməklə, məhz ümumi vəziyyətin hansı durumda olmasını müəyyən etmək heç də çətin deyil.
Problemlərin varlığını diqqətdə saxlayacağıq.