Nabrandakı “Sunset Forest” vergidən necə yayınır?
- 12-08-2019, 23:44
- 1 293
Bəzi sahibkarlar müxtəlif yollarla qazancını gizlədir, milyonlarla vəsaiti dövlət büdəsindən yayındırır.
Belələrindən biri də Nabranda fəaliyyət göstərən “Sunset Forest” istirahət mərkəzinin rəhbərliyidir.
Bu barədə Qaynarinfo-ya istirahət mərkəzinin müştərilərindən biri məlumat verib.
Onun sözlərinə görə, “Sunset Forest”in ərazisində 20-dən artıq kabinet var. Hər bir kabinetin gündəlik icarə haqqı 50-60 manatdır. Həmçinin mərkəzin restoranı və əyləncə məkanları fəaliyyət göstərir. Amma nə kaibentlərdə, nə də restoranda ödənilən məbləğə görə müştərilərə çek verilmir. Bu isə külli miqdarda vəsaitin vergidən yayındırılmasına səbəb olur.
Qeyri-iş günü olduğundan rəsmi qurumların məsələyə münasibətini öyrənə bilmədik.