“Bakcell” yeni "099" operator kodunu alacaq
- 2-08-2019, 20:26
- 1 265
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, yeni prefiks "099" olacaq.
“Yeni prefiksin alınması ilə bağlı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub”, - şirkətdən qeyd ediblər.
Beləliklə, bundan sonra şirkət iki operator koduna ("055" və "099") malik olacaq.
Qeyd edək ki, hazırda ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.