Valideynlər uşaqlarını xəstəxanaya atdılar – Bərdədə dəhşət
- 23-07-2019, 09:34
- 1 132
Dünən axşam saatlarında iki nəfər tərəfindən iki az yaşlı oğlan uşağı Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılıb.
Uşaqlardan biri 9 yaşında, digəri isə altı aylıqdır. Uşaqlar həkim nəzarətinə götürülüb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələki bilinmir.
Faktla bağlı araşdırma aparılır.