İstirahət günlərinin havası: İstilər geri qayıdır
- 19-07-2019, 18:56
- 890
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.