Baş Nazir onların maaşlarında dəyişiklik etdi
- 16-07-2019, 10:29
- 887
Dəyişiklik “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 8.9-cu bəndinə əsasən edilib.
Qərarla Nazirlər Kabinetinin 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib.