Xan Sarayında yaralananlardan biri dünyasını DƏYİŞDİ

Sosial

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə apa-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.