Uşaq bağçalarında təhlükə?- Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC nə işlə məşğuldur?
- 4-07-2019, 13:08
- 1 088
Bizimxeber.az bildirir ki, uşaq bağçalarına ərzaqlar bir yerdən, yəni Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC tərəfindən verilir. Elə isə maraqlıdır ki, sözügedən ASC nədən sadalanan məhsulların keyfiyyətinə nəzarət etmir və qaydalara əməl etmir?
Yaxud, bu məhsulları qəbul edən bağça rəhbərliyi nədən yumurtada etiketin vurulmasını, qoyuq məhsullarının tarixinin göstərilməsini tələb etmir?
Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-dən bildirdilər ki, qurum yalnız dövlət balanslı uşaq bağçalarının qida təminatını həyata keçirir: “Qurumun daxilində keyfiyyətə nəzarət və monitorinq şöbəsi bütün məhsullara nəzarət edir. Məhsullar çatdırılan ünvanlarda da nəzarət olunur və qəbul olunur”.
Bizimxeber.Az