Mənzillərə paketlər paylanacaq: tullantılara görə

Sosial

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Quraşdırılan konteynerlər iki rəngdə - yaşıl və narıncı rəngdə olacaq.

Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür - yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

BŞİH bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili ilə bağlı Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlayıb.