Bakı sahilində Qərb üslubu - Mənim dənizimdə bir gün - FOTOLAR
- 28-06-2019, 12:50
- 900
Bunlardan biri də “My Beach- Novxanı” istirahət mərkəzidir. “My Beach” Bakının ən populyar çimərlik zonalarından sayılan Novxanıda yerləşir. İstirahət mərkəzinə girişdə gülərüz personal qonaqları qarşılayaraq, onları ərazidə yerləşən hotel, restoran, hovuz və s. ötürür. Qeyd edək ki, bir çox digər mərkəzlərdə insanlar hələ də qanunsuz olaraq dəniz sahilinə buraxılmasa da, “My Beach”də qumlu dəniz sahilinə giriş pulsuzdur. Müəssisənin rəhbərliyi “Dəniz xalqındır, biz sadəcə xidmət göstəririk” deyə, arzu edən hər bir şəxsi heç bir ödəniş olmadan, xüsusi qulluq göstərilən, vaxtlı-vaxtında təmizlənən sahilə buraxır. Dəniz sahilinə gedənlər arzu etdikləri təqdirdə, müəyyən məbləğ müqabilində siz müəssisənin xidmətlərindən istifadə edərək, uzanmaq üçün kürsülərdən, stol-stul, çətir və s. götürə bilərlər.
Əgər “My Beach”in nəzdində fəaliyyət göstərən “Aquaparka” girmək istəyirsinizsə, həftə içi giriş sizə 20 manata başa gələcək. Həftəsonu isə bu qiymət 25 manata qalxır. 6-12 yaş uşaqlar üçün “Aquapark”a giriş qiyməti standart olaraq 15 manatdır. 6 yaşadək uşaqlara isə giriş pulsuzdur. Bu qiymətə ümumi hovuz, uşaqlar üçün olan hovuz, köşk, stol-stul, attraksionlar (uşaqlar və böyüklər üçün), dənizkənarı çətirlər, dalğa hovuzu və istirahət kürsülərindən (lejanka) istifadə daxildir. Müəssisədə hovuzlarda təhlükəsizlik qaydalarına xüsusilə diqqət edilir. Belə ki, hovuzlara 4 nəfər xilasedici nəzarət edir. Bununla yanaşı, müəssisənin mühafizə xidməti də var. Yəni siz bura daxil olduqdan sonra təhlükəsizliyiniz əmin əllərdə olur. Məhz ziyarətçilərin təhlükəsizliyinin qorunması məqsədilə, giriş zamanı kənar əşyaların keçirilməsinin qarşısının alınması üçün çantalar diqqətlə yoxlanılır. İstirahət mərkəzində diqqət çəkən məqamlardan biri də xidmət personalının müştərilərlə davranışıdır. Bu barədə gələn yazıda oxuya biləcəksiniz...
Azerbaycanrealligi.com