Prezident bu yola 13,5 milyon manat ayırdı
- 27-06-2019, 16:15
- 750
Sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.