Bakıda yaşıllıq yerini hasarlayıb çayxana kimi istifadə edirlər - FOTOLAR
- 27-06-2019, 12:31
- 969
Bu barədə jurnalist İlkin Pirəli özünün feysbuk hesabında paylaşım edib.
"Əhmədli" metrosu yaxınlığında yerləşən bu sahə vətəndaşların istirahəti üçün nəzərdə tutulsa da, ərazi təyinatı üzrə istifadə olunmur. İlk olaraq həmişəyaşıl ağacların salındığı park kimi görünsə də, ərazinin bu statusdan olduqca uzaq bir yerə çevrildiyi açıq-açkar sezilir.
Aidiyyatı qurumların buna bir əncam çəkəcəyinə ümid edirik. Çünki bu tip ərazilər bir sahibkarın olmamalıdır, vətəndaşların ixtiyarına verilməlidir.