Azərbaycan Ukraynaya səyyar hospital bağışlayacaq

Sosial

Azərbaycan hökuməti yayın əvvəlində Ukraynadakı Zaporojye hərbi hospitalına əməliyyat və reanimasiya otaqları olan daşınan-təkərlər üzərində fəaliyyət göstərən səyyar hospital bağışlamağı planlaşdırır.

Bu haqda Zaporojye Vilayət Administrasiyasının başçısı Konstantin Brıl öz Facebook səhifəsində yazıb.

Başçı qeyri-adi hədiyyə ilə bağlı razılığı Regional İnkişaf Agentliyinin fəal işinin nəticəsi adlandırıb.