Azərbaycanda 5 min eşşək yoxa çıxıb

Sosial

Azərbaycanda son bir ildə 5 min eşşək yoxa çıxıb.

Məlumatı Dövlət Statistika Komitəsinə istinadən yayılıb.

Məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.

Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb.

avtosefer