Bakıda daha bir ağac soyqırımı (FOTOLAR)

Sosial

Bakının bu ərazisində ağaclar budanmaq adı ailə kəsilir.
Bu barədə lent.az-ın redaksiyasına məlumat daxil olub.
Məlumatda bildirilib ki, Bakı şəhəri, N.Nərimanov rayonu Faiq Yusifov küçəsində 150-ə yaxın ağacın artıq 15-i kəsilib. Buna səbəb isə sözügedən ərazidə hündürmərtəbəli yaşayış binasının tikilməsidir. Məlumatda ağacların nömrələndiyi də bildirilir.
Qeyd edək ki, iddia ilə bağlı aidiyyatı orqanlara məlumat verilib.