Abdin Fərzəliyev sakinlərlə görüşdü - Foto

Sosial

12 iyunda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Qəbulda RİH-nin məsul şəxsləri, Nərimanov bələdiyyəsinin sədri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.