Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq
- 11-06-2019, 10:43
- 912
Belə ki, cari ilin ikinci yarısında Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanması planlaşdırılır.
70 çarpayılıq nəzərdə tutulan reabilitasiya müəssisəsində həmin bölgədə yaşayan sağlamlıq imkanları məhdud uşaqlara stasionar və ambulator şəkildə bərpa xidmətləri göstəriləcək. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb ediləcəklər.
Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ