Balıq ovu ilə bağlı qaydalara dəyişiklik edildi

Sosial

Nazirlər Kabinetinin “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilib.
Qaydaların 7.1-ci bənddə “Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu” sözləri “Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti” sözləri ilə əvəz edilib.

Həmçinin 7.5.1-ci və 7.6.1-ci yarımbəndlərdə “Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun” sözləri “Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin” sözləri ilə əvəz olunub.

Anoloji dəyişiklik qaydalara 7 nömrəli əlavəyə də edilib.