200 ədəd çətənə kolu yandırıldı
- 30-05-2019, 10:14
- 765
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.