4 saylı Ərazi Vergilər İdarəsinin sifarişli vergi yoxlaması - Sahibkarlığın inkişafına vergi “şapalağı”
- 29-05-2019, 01:23
- 1 959
Daha sonra xəbərdə bildirilir: "Əməlin prokurorluqda araşdırılmalı olması nədəni ilə iş materialları Ağsu rayon prokurorluğuna göndərilib və sahibkarın malını talan edənin və yaxın qohumlarının özünümüdafiə xarakterli izahatları əsasında əməldə cinayət tərkibi olmaması qərara alınıb. Bu qərardan yuxarı prokurora Cinayət Prosessual Məcəllənin tələbinə uyğun olaraq şikayət verilib. 23 may 2019-cu ildə şikayətçi sahibkar baş prokurorluğa çağırılıb , qanunauyğun tədbirlər görüləcəyi bildirilib və ertəsi gün -24 may 2019 -cu ildə Vergilər Nazirliyinin Şamaxıdakı 4 saylı Ərazi Vergilər İdarəsinin 20 nəfərlik heyəti sahibkarlıq obyektində yoxlamaya başlayıb.
Bu yoxlamanın sifarişlə həyata keçirilməsi cəmi 20 işçisi olan marketin işçilərinin sayı qədər vergi əməkdaşının cəlb edilməsi , sözügedən vergi idarəsinin rəis müavininin hər gün marketə gəlib mütləq “qanunsuzluq tapmağı” tapşırması , rayon prokurorluğunun sahibkarı hədələməsi sübut edir. Ən başlıcası, Prezidentin müvafiq aktı ilə sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların dayandırılması qərara alınıb. Onu da vurğulayaq ki, “BUTA market”də keçirilən son vergi yoxlamasının hələ bir ili tamam olmayıb . Bu yoxlama açıq -aşkar dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinə zərbə vurmaq deməkdir. Sahibkarlığın inkişafına dövlət dəstəyi hara, sahibkarlıq fəaliyyətini qanunsuz, sifarişli yoxlamalarda iflic etmək hara!?
Bu gün -28 May Respublika günüdür, xalqımız, dövlətimiz bayram edir. Vergi yoxlaması isə hələ də davam edir. Bayram günü olduğundan dövlət qurumlarının “qaynar şikayət” xətləri də susur ..."
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...