Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA
- 23-05-2019, 16:08
- 1 054
Sabah 108 saylı məktəbdə hansısa bıçaqlanma, yaxud intihar olarsa, dərs vaxtı bir şagirdin başına xoşagəlməz hadisə gələrsə bunun məsuliyyətini kim daşıyacaq? Məktəb direktoru, müavinlər, sinif rəhbəri və müəllimlər dərs vaxtı həmin şagirdin harda olduğuna nə cavab verəcəklər? 162 saylı məktəbdəki intihar da bir dərs olmalıdır ki, tədris saatlarında şagirdlər nəzarətdə saxlanmalıdır. Amma 108 saylı məktəb direktoru B.Hüseynovanın heç nə vecinə olmadığı, şagirdləri “aylıq”a buraxdığı deyilir. Məsələ ilə bağlı Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Esmira Şükürovaya zəng edib münasibət bildirməsini dedik. Esmira xanımın cavabı isə belə oldu, -o məktəbdə heç bir problem yoxdur, olanları da yoluna qoymuşuq. Yasımız düşüb, indi danışa bilmirəm, sonra əlaqə saxlayarıq, - deyib telefonu söndürdü. Sonradan isə bir neçə dəfə zəng etsək də zənglərimizə cavab vermədi. Esmira xanımın qısa cavabından bizdə sual yaranır, məktəbdə heç bir yoxlama aparılmadan, şagird və valideyinlər dinlənilmədən problemlər kiminlə və "necə" yoluna qoyulub? Aşağıda təqdim edəcəyimiz sinif jurnallarına baxanda bu məktəbdə nələrin baş verdyinin tam şahidi olmaq olar.
Jurnallara baxanda belə bir sual yaranır. Niyə bu şagirdlərə qiymət yazılmır və bu qədər qayıbı olan şagirlərə belə bir məktəbin fəaliyyət göstərməsi nə dərəcədə düzgündür? Əminik ki, sualımız hörmətli Təhsil Nazirliyi tərəfindən layiqli cavablandırılacaq.
Məktəb direktorunun və təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə hazırıq.
Qanun-namine.info