FHN-nin əməkdaşı 67 yaşlı qadını təhqir edib: Prezidentə və nazirə müraciət
- 17-05-2019, 10:51
- 1 009
Bəsirə Qafarova əlavə edib ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Şamaxıda olarkən böyük oğlu onunla görüşə bilib: “Oğlum ona kiçik qardaşının 2-ci qrup əlil olduğunu, ağır vəziyyətdə yaşadığını bildirib və nazirdən problemin həll olunmasını istəyib. Kəmaləddin Heydərov da problemin həll olunacağını bildirib. Amma indi onun işçisi məni təhqir edir”.
Şikayətçinin sözlərinə görə, həmin hadisədən sonra müvafiq qurumlara şikayət ediblər.”Şikayət etdiyimiz üçün evi köhnə ev kimi qeydiyyata aldılar. Halbuki açıq-aşkar görünür ki, ev zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Mən burdan cənab Prezidentə, cənab Kəmaləddin Heydərova müraciət edərək onlardan bu haqsızlığı aradan qaldırmalarını xahiş edirəm”, – deyə Bəsirə Qafarova bildirib.
ANAXEBER.info