Prezident Gəncəçayın üzərindəki körpülərin bərpasına 6,4 milyon manat ayırıb
- 16-05-2019, 16:59
- 795
Sərəncamla Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.
Sərəncamla Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.