Prezident Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılışında iştirak edib

Sosial

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesi ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.