Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi
- 15-05-2019, 13:09
- 966
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.
Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, şöbə müdiri Afət Məmmədovaya isə şərti cəza verilib.
Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.