Azərbaycanda daha bir məktəbdə xoşagəlməz hadisə: şagirdlər müəllimi... -VİDEO

Sosial

Azərbaycanda məktəbdə çəkilən daha bir xoşagəlməz görüntülər yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, görüntülər dərs vaxtı qeydə alınıb. İki şagird müəllimin qabağında rəqs edir. Digər şagird isə müəllimə qarşı xoş olmayan hadisəni çəkir.

Rəqs edən şagirdlər müəllimə əl qaldırmaqdan belə çəkinmirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Unikal.org-a bildirib ki, bu hadisə bir neçə il öncə Binəqədi rayonundakı məktəblərin birində baş verib: "Həmin müəllim işinin öhdəsindən gələ bilmədiyi üçün ərizə yazaraq işdən çıxıb"