Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb

Sosial

Dövlət Miqrasiya Xidmətinin vəzifələri artırılıb.

Bu, bugün Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnamənin 9.21-ci bəndinə edilən dəyişikliyə əsasən, Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, o cümlədən miqrasiya sahəsində vahid informasiya sistemini yaratmaq və tətbiq etmək, onun “Lisenziyalar və icazələr” portalına, Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə inteqrasiyasını təmin etmək Dövlət Miqrasiya Xidmətinin vəzifələri siyahısına əlavə edilib.