Yasamalda aksiya - Köçkünlər yolu bağlayır/ FOTO

Sosial

Bu dəqiqələrdə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində, ATV kanalının yaxınlığında məcburi köçkünlər aksiya keçirir.

Onlar yolu bağlamağa çalışırlar. Nəticədə sözügedən küçədə avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Ərazi polis mühasirəsinə alınıb.

Aksiyanın səbəbi hələki məlum deyil.

Əlavə məlumat veriləcək.