Heydər Əliyev Fondundan üzünü it dişləyən uşağa dəstək
- 22-04-2019, 14:59
- 925
Xəsarət alan uşağın bundan sonrakı müalicəsində, eyni zamanda üz nahiyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda RİİB tərəfdən dəstək göstəriləcəyi bildirilib.
Xatırladaq ki, küçədə itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.
Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayandan sonra ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.
H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.