Vilayət Eyvazov vətəndaşları qəbul edib
- 20-04-2019, 15:58
- 1 130
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.