"Təhsil nazirinə hər şeyi yazmışam" - GİLEY
- 20-04-2019, 10:16
- 824
Əgər bu faktlar kifayət deyilsə, yalnız gözləmək qalır ki, məktəblərdə tualetdə geroin satacaq və zorlayacaqlar. Təhsil Nazirliyi tərəfindən rəsmi qadağaya baxmayaraq məktəblərdə hicabda gəlməyə davam edilir. Özbaşınalıq faktları göz qabağındadır. Mən öz müraciətimdə Təhsil nazirinə hər şeyi yazmışam, amma mənə indiyəcən zəng belə edilməyib. Mən orda baş verənlərin onda birini bildirmişəm.Hər şeydən göründüyü kimi məktəb mafiyası son dərəcədə güclüdür. Bütün qeyd etdiklərimin heç bir sənədə və sübuta belə ehtiyacı yoxdur. Bu özbaşınalıq illərdir ki hamımızın gözü önündədir. Müəllimlərin valideynləri soyub-talaması, məktəb direktorlarına, onların isə nazirliyə rüşvət verməsi heç kimə sirr deyil. Hələ üstəlik büdcə pullarının yeyilməsi və sair. Düşünürəm ki korrupsiya piramidasının şifrəsini açarkən Amerikanı təzədən kəşf eləməmişəm. Müəllimlərin məktəbdə dərs saatı almaq üçün bir neçə min manat xərcləməsi heç kəsə sirr deyil. Bunu alanlar da hamıya yaxşı məlumdur. Bu xərci çıxarmaq üçün onlar uşaqların başına oyun açır və bu pulu valideynlərdən qoparırlar. Bütün bunlar faktlardır, elə-belə sözlər deyil. İndi isə Təhsil Nazirliyində kadr təmizlənməsi getmədən, həmin müəllimlərin, fırıldaqçı, rüşvətxor kadrların maaşı iki dəfə artırılıb. Elə çıxır ki, işə təyin olmaq üçün rüşvət də artacaq. Təbiidir ki, onlar nəyin bahasına olsun öz yerlərində qalmaq üçün hər şey edəcəklər. Direktor Kəmalə Qədirovanın əri Təhsil Nazirliyində işləyir. Yəqin Qədirova bu ÇP-dən sonra buna görə hələ də məktəbdə işləyir. Bu mümkündürmü? Və bu hadisədən sonra neçə il bunlar vəzifələrində qalacaqlar?"
Qarşı tərəfi də dinləməyə hazırıq.