Vahid Əliyev ordenlə təltif edildi

Sosial

Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 19-da Vahid Əliyevin 50 yaşı tamam olur.