Sabunçu Rayonu 12 Nömrəli Bakı Peşə Liseyində Müəllim Şagird Davası - VİDEO
- 17-04-2019, 19:40
- 3 569
Bu gün müasir təhsil sistemində şagirdi vurma və ya işgəncə vermə metodu varmı? Hamımız yaxşı bilirik ki,yoxdur. Sözügedən Sabunçu rayonunda yerləşən 12 nömrəli peşə liseyinin yaranma tarixi çox qədim olsa da, bu təhsil müəssisəsi elə də inkişaf edə bilmir.Xəbəral.az saytı xəbər verir ki,həmin 12 nömrəli peşə liseyində bu cür şagird və müəllim arasında kobud davranışlar, ümumiyyətlə, başqa siniflərdə də tez-tez rast gəlinir. Mənbə bildirir ki,bu 12 nömrəli peşə liseyi təhsil Nazirliyinin qoyduğu qaydalara demək olar ki,əməl etmir.
Xəbəral.az saytı olaraq inanırıq ki,Təhsil Nazirliyi və aidiyyatı qurumlar Sabunçu rayonu 12 nömrəli peşə liseyində olan döyülmə faktını araşdırıb yaxın günlərdə günahkarı cəzasız qoymayacaqlar.
Qarşı tərəfi dinləməyə və mövqeylərini dərc etməyə hazırıq.
Həmin xoşagəlməz video faktı siz oxuculara təqdim edirik.