Müəllimlərin maaşı belə hesablanacaq - RƏSMİ

Sosial

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı “Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi”nə uyğun olaraq ödəniləcək.

Tam orta təhsil səviyyəsində təhsilin təmayül üzrə təşkil olunduğu pilot məktəblərdə, tədris planında olan fənlərdə saatların sayı təmayül seçimi üzrə tədris planına uyğun ödəniləcək.