Dövlət Himninin başqa dildə oxunması qadağan edildi

Sosial

Azərbaycanın Dövlət Himninin başqa dildə oxunması qadağan edilib.

Prezident İlham Əliyev Dövlət Himnindən istifadə qaydaları haqqında qanunu imzalayıb.

Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz, himnin təhrifinə yol verilmir.