Şagird onu müəllimin döydüyünü TƏSDİQLƏDİ - Yeni məktəb QALMAQALI
- 12-04-2019, 15:59
- 876
Bu barədə Lent.az-a 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib.
Xəbərdə qeyd olunub ki, uşağın onunla birlikdə gələn atası da övladının döyüldüyünü deyib: “Uşaqla birlikdə 5-6 adam gəlmişdi. Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanada idi. Uşağın müayinələrini apardıq. Vəziyyəti normal idi, amma xəstəxanada nəzarət altında qalmasını tövsiyə etsək də, atası imza ataraq övladını apardı”: - deyə xəstəxanadan bildirildi.
Onu da deyək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz facebook səhifəsində bunları bildirib: “Hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusundayam. 321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Şagird evlərinə gedir . Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.