Eldar Əzizovun işdən çıxardığı Aparat rəhbərinə yeni vəzifə verildi
- 12-04-2019, 12:02
- 752
Bu haqda onun qardaşı, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev məlumat yayıb. O, bildirib ki, qardaşı YAP Mərkəzi Aparatında işə təyin olunub: "Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova qardaşım Rasim Quliyevi yenidən katiblikdə işə dəvət etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı”.