Prezident xəstəxana tikintisinə 1 milyon ayırdı
- 8-04-2019, 17:47
- 1 413
Sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1,0 (bir) milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.