Nərimanov gəncləri “On milyon” adlı fleşmob keçirib

Sosial

Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fleşmob keçirilib.
200-dən artıq rayon gəncinin iştirak etdiyi fleşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunmuşdur.
Fleşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olmuşdur.