İstirahət günlərində hava necə olacaq?
- 5-04-2019, 18:08
- 1 047
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bilirilib ki, Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək