Prezidentdən Nizami Xudiyevlə bağlı sərəncam

Sosial

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.