Musa Pənahovu “İnterpol” axtarır? – İLGİNC
- 15-03-2017, 09:56
- 1 282
Nəhayət ki, bizi baş leytenant Tofiq Seyfullayevlə əlaqələndirdilər. “Mən sizə bu barədə məlumat verə bilmərəm, ancaq yazılı sorğu göndərin”, – deyə büro əməkdaşı bildirdi. “Jurnalistlərin şifahi sorğu vermək hüququ da var, mən sizdən sadəcə informasiyanı təsdiq və ya təkzib etməyi xahiş edirəm. Əgər dezinformasiyadırsa, deyin ki, belə məlumat yoxdur”, – deyə jurnalistimiz qeyd etdi.
“Mən sizə heç nə deyə bilmərəm. DİN mətbuat xidmətinə müraciət edin”, – deyə Tofiq Seyfullayev təkrarladı. “Dövlət sirridir?”, – deyə maraqlandıq. “Dövlət sirri olmasa da, idarə daxilində olan işdir. Rəhbərliklə məsləhətləşim, sizlə əlaqə saxlayaram”, – deyə həmsöhbətimiz söz verdi.
Lakin gün ərzində “İnterpol”dan heç kim bizə zəng etmədi. DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də məsələdən məlumatsız olduğunu bildirdi.
Qafqaznews