Azərbaycana toz dumanı gəlir - XƏBƏRDARLIQ
- 14-03-2017, 15:27
- 1 297
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, Ərəbistandan gələn toz dumanı artıq ölkənin üzərindən çəkilib.
M. Avazova qeyd edib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur: “Elə də kritik vəziyyət olmasa da, sadəcə ürək-qan damar sistemində problem olan insanların belə havada qapalı şəraitdə olmaları daha əlverişlidir”.