Qəbiristanlıqlarla bağlı tələblər pozularsa... - YENİ TƏKLİF
- 2-04-2019, 10:26
- 1 335
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bu dəyişikliyə əsasən, qəbiristanlıqların qorunması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsi ilə bağlı inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək. Digər normaların pozulması barədə inzibati xətalar haqqında işlərə isə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.