Baş Prokurorluq nazirliyə 39 milyon, idarəyə 1500 manat ziyanı ödətdirib
- 1-04-2019, 14:56
- 1 010
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Həmin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə müəyyən edilmiş 38 milyon 744,12 min manat ziyanın və Milli Arxiv İdarəsi üzrə İnzibati Xətalar Məcəlləsinin 445-1.1.2-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xəta üzrə 1500 manat məbləğində cərimənin ödənilməsi təmin olunub.