Bakı şəhərində geniş iməclik keçirilib
- 1-04-2019, 11:58
- 887
Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları, həmçinin Nərimanov, Yasamal, Xətai və Qaradağ rayonlarının təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.
Ərazilərdə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunmuşdur. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.
Eyni zamanda paytaxt rayonlarının qəsəbə və yayayış məntəqələri ərazisində yol kənarları, aşıq sahələrdə yığılan zibillər, kortəbii zibilliklərin böyük bir hissəsi təmizlənərək daşınıb.
Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.
Movsüm ərzində paytaxt rayonlarında ağacəkmə və təmizlik-abadlıqla bağlı iməcliklərin hər həftə keçirilməsi nəzərdə tutulub.