13 saylı həbsxanada məhbusları çarmıxa çəkiblər
- 31-03-2019, 22:48
- 966
Onların sözlərinə görə, qəsdən adam öldürməyə görə cəza çəkən Fətulla Əlimədətov və quldurluq ittihamı ilə həbs edilən Şamo Cəfərov döyülüblər və sonradan onları cərimə təcridxanasına salıblar.
“Onlar hazırda çarmıxa çəkilmiş vəziyyətdədir, onları incidirlər”, – deyə adının açıqlanmasını istəməyən məhbus yaxını deyib.
Bildirilir ki, buna səbəb məhbusların rejim pozuntusudur.
“Onlar barakda say yoxlamasından sonra çay içiblər. Buna görə də, həbsxana rəhbərliyi tərəfindən belə cəzalandırılıblar”, – məhbusun qohumu deyib.
virtualaz.org