"Diqlas"a göstərilən diqqət Sumqayıtdakı "Karvan"a niyə şamil olunmadı? - Prezidentə müraciət olundu
- 30-03-2019, 12:49
- 885
Daxil olan müraciətdə deyilir: "Saytınız vasitəsilə cənab prezident İlham Əliyevə müraciət edərək bildirmək istəyirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da səyyar görüşdə söz verdi ki,ziyanınız ödəniləcək,amma sonradan o da bildirdi ki, o heç nə edə bilməz,problemi həll etməyə gücü çatmır.
Mallarımız yananacan biz ticarətlə məşğul olub dolanışığımız təmin edirdik.Lakin yanğın nəticəsində bizə dəyən ziyandan sonra maddi durumumuz hədsiz dərəcədə pisləşib,banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik və hal-hazırda acınacaqlı vəziyyətdəyik. Sizin martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız çox humanist addımdır. Bu qərarınızla siz sübut etdiniz ki,dövlət bütün hallarda vətəndaşın yanındadır ,prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız ,laqeyd qalmırsınız ,tez bir zamanda reaksiya verirsiniz və hamının prezidentisiniz.Amma nə səbəbdənsə illərdir sizə və vitse-prezident xanım Mehriban Əliyevaya etdiyimiz minlərlə müraciətlərə indiyəcən müsbət reaksiya verilməyib.
Biz də istərdik ki,siz “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi bizim ailələri də sevindirəsiz və bizə dəyən ziyanın ödənilməsi üçün tədbir görülməsinə göstəriş verəsiniz!Bizə dəyən ziyan özü də rəsmən məhkəmə tərəfindən tanınıb və ziyanın miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq dəqiq müəyyən edilib,ziyanın kimin ödəməli olması da məlumdur-bu “Karvan” ticarət mərkəzinin rəhbərliyidir . Hansı ki,bizim malların təhlükəsizliyinə cavabdeh idi.Bununla bağlı o zaman cinayət işi də açılmışdır.Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki,hüquqlarımız təmin olunsun,bizə dəyən ziyan ödənilsin!Maddi,mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaş kimi sizdən bu məsələni öz nəzarətinizə götürmətinizi xahiş edirik!"
İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...
Dia.az