Hüseyn Nuriyev ölkə rəhbərliyinə müraciət etdi
- 15-01-2019, 15:57
- 3 437
Azərbaycan Respublikasının
Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Bakı şəhər, Suraxanı rayonu Hövsan qəsəbəsi, bağlar 15, mənzil 14 ünvanında yaşayan Nuriyev Hüseyn Rəsul oğlu tərəfindən
Tel: (051) 819-11-11
Ə R İ Z Ə
Hörmətli, Mehriban xanım!
Yazıb Sizə bildirirəm ki, qeyd etdiyim şəxslər Kənan Mustafazadə, Rafael Daşdəmirov, Xəyal Yəhyayev, Müslim İsmayılov, Araz Qasımov, Rayisə İsmayılova başçılıq edən Kənan Mustafazadə əvvəllər mənim də hal- hazırda çalışdığım şirkətdə distributor işləyiblər . Mən isə, artıq 6 ildir ki, treynerəm və əvvəllər 2008- ci ildə bu şəxslərlə tam ayrı- ayrı filiallarda çalışmışıq və mən o zaman onlar kimi distributor, məhsulların satışını reklam edərək özüm üçün əlavə gəlir əldə etmişəm və o zaman adını qeyd etmədiyim köhnə şirkətdə 3 ay distributor işləmişəm. O zaman da bu insanlarla heç bir əlaqəmiz və bağlılığımız olmayıb.
2012- ci ildə isə hal- hazırda treyner kimi çalışdığım LNS- ə həmin şirkətdən gəldim və keçmiş çalışdığım şirkətdə 4 ay distributor çalışdım. Hal- hazırda çalışdığım şirkətdə, Lifeteam təlim- tədris mərkəzinin Azərbaycanda rəsmi nümayəndəliyi çox qısa zamanda açılacaqdır. Mənim bu şirkətlə müqaviləm olduğu üçün onu da qeyd etmək istəyirəm ki, nəyinki bu şirkətdə, mənim bütün dünyada və Azərbaycanda treyninqlərin biletlərinin satışını edib, treyninqlər keçirdim. Bu mənə çox qürurvericidi və az da olsa öz ölkəmin dünyada tanınmasında zəhmətim olur. Çünki, tək Azərbaycanda yox, bütün dünyada bu treyninqləri keçirirəm. Dünyanın hansı ölkəsində treyninq təşkil edirəmsə öz dövlət himnimizi treyninq başlamamış, birinci bizim qürur duyduğumuz himnimiz səslənir, sonra treyninqlər başlayır.
Əslində, bu bir azad sahibkarlıqdır və onu da qeyd etmək istəyirəm ki, artıq 3 ildir ki, “LNS” şirkəti bu şəxsləri şirkətdən uzaqlaşdırıb. 2013- 2014-cü ildən adlarını qeyd etdiyim şəxslər həmin köhnə çalışdıqları şirkətdən də qovulublar və əslində həmin şirkətə də və məhsul satdığı şəxslərə də yanlış məlumatlar veriblər və onların pul mənimsəməkdə də əlləri vardır. Orada da öz çirkin əməllərini günahsız şəxslərin üstünə atmaq istəyirdilər. Əslində özləri aldatdığı şəxsləri kimlərinsə üstünə yönəldirdi. Bu şirkətə gələndə də onlara tapşırıq verilmişdir ki, oradakı çirkin əməlləri burada etməyin.
Bu yuxarıda qeyd etdiyim insanlar “LNS” şirkətinə böyük ziyan vurmuşdular. Məhsul satdığı şəxslərə də düzgün məlumat verməyərək, hətta məhsul pullarını da mənimsəmişdilər. Yuxarıda qeyd edilən şəxslərin 3 ildir nə mənimlə, nə də mən çalışdığım şirkətlərlə heç bir bağlantısı, əlaqəsi yoxdur. Hətta, onlar çalışanda da mənimlə heç bir alış- satışı olmayıb. Hal- hazırda çalışdığım şirkətdə də mən onlardan qabaq da treyner kimi çalışırdım. İndiyə qədər ikinci çalışdığım şirkətdi. Onlar isə 6 şirkətdə çalışıblar. Əslində yuxarıda qeyd etdiklərim 6 şirkətin hər birindən qovulublar. Heç bir zaman da treyner kimi çalışmayıblar. Onu da qeyd etmək istəyirəm ki, 6 şirkət də necə oldu ki, hamısı birdən-birə pis oldu və mən də pis oldum. 6 şirkətə ziyan vuruldu, mənə ziyan vuruldu və məndən başqa da mənim kimi günahsız şəxslərə ziyan vuruldu. Səbəbi isə bunların birləşərək o şirkətlərə , mənə və çoxsaylı insanlara ziyan vurub, guya ki, Amerikada (qondarma) şirkət açılıb, bunlar da oranın filialını işlədirlər.
Amma əsla elə deyil! bunlar insanlardan mənimsədiyi pulları toplayaraq, özlərinə pramida açmışdılar. Əlbəttə ki, pramida insanları aldadaraq, tələyə salaraq oyun qurmaqdır. Pulu qoy milyoner ol, amma çalışmaq üçün nə zavodu var nə məhsul satışı var. Heç bir şeyləri yoxdur. Ancaq tələ var mənimsəmək var. Heç bir zaman mən o şirkətlərdə nə aldanmaram, nə də müqavilə bağlayaraq treyner olmaram. Mənim müraciətim ondan ötəridir ki, bu yuxarıda adlarını qeyd etdiyim şəxslər Kənan Mustafazadə mənə 25000 (iyirmi beş min) ABŞ dolları pul borcludur. Müslüm İsmayılov və həyat yoldaşı Raisə İsmayılova isə 3 il bundan qabaq özləri şəxsən “LNS” şirkətinin Nərimanov ofisinin rəhbəri olmuşlar. Açılışa da məni qonaq kimi dəvət etmişlər. 3 il bundan qabaq onlar qovularkən “LNS” şirkətindən qisas almaq üçün həmin ofisin ləvazimatlarını, əşyalarını özbaşına götürüb aparmışlar. Sözüm onda deyil, mənim qiymətli geyimlərimi notbuk və printerimi də, bir günlük saxlamaq üçün etibar edib onların ofisində qoymuşdum, Mənə olan pul borcumu qaytarmayıb, üstəlik də onlara etibar edib onların ofislərində qoyduğum bu əşyaları da icazəsiz aparmışlar. 6000 (altı min ) manat şəxsən mənə ziyan vurmuşlar. 102- yə və dövlət orqanlarına müraciət etdikdən sonra, Kənan və İsmayılovlar məndən vaxt istədilər ki, çox qısa zamanda səndən aldığımızı verəcəyik. Sonra isə, bəhanə üçün mənə böhtanlar, şərlər atmağa və çox böyük məmurların adlarından sui- istifadə etməyə başladılar.
Mənim başıma çox oyunlar açdılar. Sonra Nəsimi rayon ərazisində “50 qəpik” çay evinin qarşısında Kənanla savaşdıqda hətta üstümə adamlarla hücüm da çəkdilər. Bu zaman Nəsimi rayon Polis İdarəsinin Post Patrul maşını saxladı, iki çavuş düşərək məni onların əlindən aldı. Həmin çavuşların yanında mənə və həmin çavuşlara söz verdilər ki, Hüseyn şikayət etmə! Biz sənin pulunu 15 günə qaytaracağıq. Həmin çavuşları da, məni də bir daha aldatdılar. Öz iyrənc əməlləri, şantajları yenidən başladı. Bu dəfə isə özünə vəkil də tutdu. Ondan sonra vəkil də bunların etdiyi kimi məni ofisə dəvət edərək dedi ki, Hüseyn elə etmə ki, səni tutduraq. Kənanın da, mənim də çox böyük yerlərdə əlaqələrimiz var. Ancaq Kənandan və Raisəgildən şikayətləri saxlatdır. Elə etmə ki, səni nazirliyin baş idarəsinin zirzəmisinə basdırım. Bunlardan rahat olmaq üçün bir daha şikayət etmə və ağıllı ol! Şikayət etdiyim zaman, mənə dedi səndən şikayət etdirəcəm, nə var yüzlərlə insanı toplamağa. Mən inanmadım...
Yazdığım şikayətlərin heç bir nəticəsi olmamışdır. Ona görə də video çəkilişlə prezident İlham Əliyevə, Mehriban xanıma, Ramil Usubova şikayət etdim. Onların tanışı Etibar adlanan vəkil və özləri iyrenc əməlləri ilə yenidən daha da pisləşdirdilər vəziyyəti. Sonra isə bu vəkil qondarma şikayətlərə, öz dediyi çirkin əməllərə başladı. Şikayətlər etdirərək məni hədələyərək, mütəşəkkil idarə adından və yuksək vəzifəli məmurlar adından hədələdi. Bunlar Kənan və Larisagilin yaxın adamlarıdılar. Başladı ki, sənin özün 5000 manat rüşvət versən nə tutulacaqsan, nə də şikayətlər olacaq. Bunun bütün danışıqlarının səs yazıları məndə sübutu olaraq qalır.
Hörmətli, Cənab Prezident və
Birinci Vitse Prezident Mehriban Xanım Əliyeva!
Mən bir çox Dövlət Orqanlarına müraciət etməyimə baxmayaraq müraciətlərim heç bir nəticə tapmayıb. Son ümid yerim SİZƏDİR.
Mən yazaraq sizə bildirmək istəyirəm ki mən onlar kimi qondarma işlərlə yox, əlimdə olan bütün sübut, faktlar və səs yazıları ilə sizə müraciət edirəm. Mənim müraciət etdiyim bu işə Ədalətlə baxılmasını xahiş edirəm və Kənan Mustafazadənin, Rafael Daşdəmirovun, Xəyal Yəhyayevin, Müslim İsmayılovun, Araz Qasımovun, Rayisə İsmayılovanın layiqli cəzalanmasına, hüquqlarımın qorunmasına, mənə dəyən ziyanın geri ödənilməsinə köməklik göstərəsiniz.
Mən sizin Ədalətli qərarınıza inanıram. Buna əminəm ki, Sizin tapşırığınızdan sonra mənim həyatım təhlükədən qurtaracaq, haqqlarım bərpa olunacaq.
İmza: Hüseyn Nuriyev Rəsul oğlu
Tarix: 15.01.2019