Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi

Sosial

"Müraciətlər dövlət başçısına çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib".

Bu sözləri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır.